Əmisi gəlinini qaçıran kişinin ölümünə görə həbs olunanlar- SİYAHI

27 Oktyabr, 2018 16:12 | Hadisə | Baxış sayı: 345
Döymək
Döymək

Qubada baş verən qalmaqallı hadisə ilə bağlı 5 nəfər tutulub

Quba rayonunun Tülər kəndində əmizadəsinin arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında həyat yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var: 

1. Şahmar Əsədov (Əri)
2. Təbriz Əsədov (Qayını)
3. Sadıq Dadaşov (Atası)
4. Mətləb Muradov (Kənd sakini)
5. Zabit Yolçuyev (Kənd sakini)

Bundan başqa, hazırda 20-yə yaxın kənd sakini Quba rayon Polis Şöbəsindədir. Kənndə 1 post patrul avtomobili 4 nəfərlik heyətlə keşik çəkir.

Qeyd edək ki, hadisədə adı hallanan qadın 2 uşaq anası olub.

Araşdırmalar davam etdirili