Qohumlar arasında qanlı dava : 1 ölü, 1 yaralı

27 İyul, 2020 11:44 | Hadisə | Baxış sayı: 66
Qanlı bıçaq
Qanlı bıçaq

İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

İstiPress-ə Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.