Bakıda qardaş bacısını öldürdü

27 İyun, 2019 11:41 | Hadisə | Baxış sayı: 138
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş

Paytaxtda qətl hadisəsi olub.

İstiPress-in məlumatına görə, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir –red.) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qanitirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.