Azərbaycanda ağır yol qəzası - 2 qadın öldü

27 İyun, 2019 15:56 | Hadisə | Baxış sayı: 139
Avtomobil qəzası
Avtomobil qəzası

İki minik avtomobilli toqquşub

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, "Lada Priora" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verdiyi bildirilib. Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.