Kanaldan naməlum kişi meyiti tapıldı - 18+ FOTO

27 İyun, 2018 19:23 | Hadisə | Baxış sayı: 180
Samur Abşeron kanalı
Samur Abşeron kanalı

İyunun 27-də Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm, arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22; 023-385-28-03 şəhər və (050) 321-87-20; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Samur - Abşeron kanalında tapılan meyit
Samur - Abşeron kanalında tapılan meyit