Bakı-Qazax yolunda avtomobil aşıb, iki nəfər ölüb

27 İyun, 2017 16:02 | Hadisə | Baxış sayı: 169
Qəza (Arxiv)
Qəza (Arxiv)

Fakt araşdırılır

Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in xəbərinə görə, yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində "Land cruiser" markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb. Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün adlı şəxs aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.