Ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO

27 May, 2020 13:58 | Hadisə | Baxış sayı: 84

Azyaşlı aldığı zərbələrdən huşunu itirib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.