Gənc qadın intihar etdi

27 May, 2019 20:51 | Hadisə | Baxış sayı: 101
İntihar - ARXİV
İntihar - ARXİV

Ailəli olduğu və 1 azyaşlı övladı olduğu bildirilir

Qazax rayonunda 30 yaşlı qadın intihar edib.

İstiPress-in məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 1989-cu il təvəllüdlü Fatimə İlqar qızı Həsənova özünü asaraq intihar edib.

Onun ailəli olduğu və 1 azyaşlı övladı olduğu bildirilir.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.