Azərbaycanda 3 avtobus bir-birinə dəydi

27 May, 2018 11:18 | Hadisə | Baxış sayı: 192

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində 3 avtobus toqquşub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qubadan Bakıya gedən, Elmir Hüseynovun idarə etdiyi mikroavtobus Xaçmazdan gedən, Elçin Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb.

Sonuncu avtobus yüksək zərbənin təsirindən bir az irəlidə gedən, Dilqəm İbrahimovun idarə etdiyi mikroavtobusa arxadan zərblə dəyib. 3 amikroavtobus zəncirvari qəza törədib və 4 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Cəsarət Bayramov İstiPress-in şimal bürosuna cəmi bir sərnişinə təcili yardım çağrıldığını, onun da vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Onun sözlərinə görə,qəzaya səbəb Elmir Hüseynovun digər iki sürücüyə nisbətən avtobusu daha sürətlə idarə etməsi olub. Fakt araşdırılır.