Bakıda ər qəza elədi, arvad öldü

27 Aprel, 2018 14:33 | Hadisə | Baxış sayı: 117
“Hyundai” qəzadan sonra
“Hyundai” qəzadan sonra

Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress DİN-ə istinadən xəbər verir ki, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.