Xalq artisti və oğlu qəzaya düşdü

27 Mart, 2018 17:32 | Hadisə | Baxış sayı: 475
Cavidan Novruzun avtomobili
Cavidan Novruzun avtomobili

Xalq artisti Ramiz Novruz və onun aktyor oğlu Cavidan Novruzun başına iş gəlib. 

İstiPress-in məlumatına görə, C. Novruz “10 NL 666” dövlət nişanlı “BMW” markalı avtomobili ilə qəzaya düşüb. 

Bu barədə gənc aktyor instaqramda məlumat yayıb. O, yazıb ki, eyni saatda atasının da maşınını vurublar:

“Hər kəs səhərini fərqli açır. Məndə də bu səhər belə açıldı. Dincəlin, bəzilərinin gözü aydın. Qəribədir ki, atamın da, mənim də maşınımı arxadan vurublar”.

Cavidan Novruz və Ramiz Novruz
Cavidan Novruz və Ramiz Novruz