Türkiyə vətəndaşı Bakı aeroportunda öldü -SƏBƏBİ DEYİLMİR

27 Fevral, 2020 14:59 | Hadisə | Baxış sayı: 153
Bakı hava limanı
Bakı hava limanı

Xəzər rayon prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

IstiPress-in məlumatına görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib.

Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib.

Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.