Azərbaycanda qanlı insident: torpaq üstə əmisini və əmisi oğlunu öldürdü

27 Fevral, 2020 15:19 | Hadisə | Baxış sayı: 203
Ov tüfəngi
Ov tüfəngi

Babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə

Masallı rayon sakini aralarında yaranan mübahisə zəminində əmisini və onun oğlunu güllələyərək qətlə yetirib.

Rayonun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi - Şəmsəddin Fərhad oğlu Kərimovu və onun oğlu, Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə vuraraq qətlə yetirib.

Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırmalara başlanılıb.