Azərbaycanda keçmiş nazirə həbs cəzası

26 Dekabr, 2017 17:21 | Hadisə | Baxış sayı: 346
Həbs edilən şəxs (arxiv)
Həbs edilən şəxs (arxiv)

Keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutka həbs verilib.

İstiPress-in məlumatına görə, dekabrın 25-i axşam saatlarından Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan R.Qazıyevə 10 sutka inzibati həbs cəzası verilib. 

O, hazırda Binqədəri Rayon Müvəqqəti Saxlanma Yerində saxlanılır.

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev dünən, dekabrın 25-də, günorta saatlarında Bakıda “Nəriman Nərimanov” metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.