Rayondan bir kq heroini gətirib satmaq istədilər

26 Oktyabr, 2018 14:48 | Hadisə | Baxış sayı: 33
Heroin
Heroin

Tanımadığı İran vətəndaşından aldığı və satmaq məqsədilə şəhərə gəldikləri müəyyən edilib

Masallı rayonunda İran vətəndaşından narkotik alıb satmaq üçün Sumqayıt şəhərinə gətirən şəxslər saxlanılıblar.

IstiPress DİN-ə istinadən xəbər verir ki, Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil Sumqayıt şəhəri ərazisində nəzarət qaydasında saxlanılıb.

Şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.