Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü

26 Oktyabr, 2018 16:53 | Hadisə | Baxış sayı: 124
Təcili yardım maşını
Təcili yardım maşını

O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, orada ölüb

Paytaxtda kafedə kişi döyülərək öldürülüb.

İstiPress-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Trend bildirir ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.