Bakıda qadın 22 yaş kiçik sevgilisi tərəfindən bıçaqlandı

26 Avqust, 2019 17:38 | Hadisə | Baxış sayı: 139
Qanlı bıçaq
Qanlı bıçaq

Qadını su vermədiyinə görə bıçaqlayıb

Gəncə sakini, paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1977-ci il təvəllüdlü A.B. qeyri-rəsmi birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb. 

İstiPress-in məlumatına görə, o, bununla bağlı Nəsimi rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 24-də kirayə yaşadığı evdə, 1999-cu il təvəllüdlü, Yasamal rayon sakini Aslan Qurbanlı ona bıçaqla çoxsaylı xəsarət yetirib. 

Belə ki, A. Qurbanlı sevgilisindən ona su verməsini istəyib. Qadın suyu vermədiyinə görə, A. Qurbanlı ona bıçaqla hücum edib. Nəticədə kürək nahiyəsindən, döş qəfəsindən, baş və yanaq nahiyəsindən xəsarət yetirərək evi tərk edib. 

Xəsarət alan qadın isə 1 saylı Klinik Tibbi Mərkəzə müraciət edib. O, hadisə vaxtı evdə ikisinin olduğunu qeyd edib. Q.Aslanın tapılması istiqamətində Nəsimi rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.