Bakı sakinləri Rusiya sərhədində yaralandılar

26 Avqust, 2019 19:25 | Hadisə | Baxış sayı: 148
Avtomobil qəzası
Avtomobil qəzası

Mikroavtobus yolun sağına çıxaraq aşıb

Qusarda Rusiyaya gedən "Ford" tranzit markalı mikroavtobus qəza törədib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Bakı - Quba - Rusiya sərhədi yolunun 184-cü km-də - Qusar ərazisində qeydə alınıb. 

Cəlilabad sakini Xaləddin Rzayevin idarə etdiyi "Ford" markalı mikroavtobus  yolun sağına çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Bakı sakinləri 65 yaşlı Sevil Tofiq qızı Mirzəyeva, 32 yaşlı Sənan Adil oğlu Nəsirov və 42 yaşlı Faiq Muxtar oğlu Məsumov Qusar rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə tibb mərkəzinə çatdırılıblar.

Hazırda onlara ilk tibbi yardım edilir. Fakt araşdırılır.