Avqustun 25-də Siyəzən rayonu ərazisində - Siyəzən - Bakı yolunun 5-ci km-də baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyətləri tam məlum olub.
IstiPress-in şimal bürosuna DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsindən verilən məlumata görə, Siyəzən rayonunun Beşdam kəndi ərazisində Sumqayıt şəhər sakini, 27 yaşlı Vasif Əjdər oğlu Quliyev idarə etdiyi "Daewoo"markalı avtomaşınla Bakı istiqamətinə gedərkən əks istiqamətdən gələn Siyəzən şəhər sakini, 27 yaşlı Məhəmməd Vahid oğlu Güləliyevin idarə etdiyi "Vaz-2107 "markalı avtomobillə toqquşub.
Nəticədə Vaz-2107"-nin sürücüsü Məhəmməd Güləliyev, sərnişini, sürücünün yaşıdı olan əmioğlusu Seymur Gülağa oğlu Güləliyev , "Daewoo"nun sürücüsü Vasif Quliyev, sərnişinləri - Bakı sakinləri, 49 yaşlı Qənirə Eldar qızı Quliyeva, onun 9 yaşlı oğlu Raul Abdullayev, 29 yaşlı Nigar Qəhrəmanova yerindəcə ölüblər. "Daewoo"da ölənlər bir ailənin üzvləridir: ana, qızı, kürəkən və nəvə. Bir nəvə isə yaralıdır.
Nigar Qəhrəmanovanın 9 yaşlı oğlu Ruslan Qəhrəmanov isə ağır xəsarətlərlə Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıb, vəziyyəti olduqca kritikdir. Qəzaya uğrayan avtomobillərdən sıxılıb qalmış 4 nəfərin meyidini FHN-nin Siyəzən Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb.
Qəzaya uğrayan avtomobillərin birinin rayon ərazisindəki "Beş barmaq" ziyarətgahından qayıtdığı, birinin isə hələ getdiyi deyilir. Dəhşətli qəzanın başvermə səbəbləri araşdırılır.
Mühərrik hissəsində qısaqapanma olub
“1 manatlıq” taksiyə minibmiş
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
Oğlunu dünyaya gətirən 19 yaşlı ana öldü
Avtobusdakı 4 nəfər də ağır xəsarətlər alıb