Azərbaycanın şimalında xüsusi əməliyyat

26 Avqust, 2017 12:02 | Hadisə | Baxış sayı: 378
Narkotik
Narkotik

Çətənə kolları aşkar edilib

Siyəzən polisi  "Xaş-Xaş 2017" çərçivəsində rayonda əməliyyat keçirib.

Rayon polis şöbəsindən İstiPress-in Qusar bürosuna məlumat verilib ki, rayonun Tağay kəndində kənd sakini, 54 yaşlı Suliddin Bəşirovun həyətyanı sahəsindən 15 ədəd, ümumi çəkisi 2445,0 qram olan hind çətənəsi kolu aşkar edilib və maddi sübut kimi çıxarılaraq istintaqa təhvil verilib.

Siyəzən polis şöbəsinin istintaq bölməsində fakta əsasən CM-nin 237.1 maddəsilə cinayət işi açılıb.