Azərbaycanda azyaşlı uşaq intihar etdi

26 Avqust, 2017 15:47 | Hadisə | Baxış sayı: 442
İntihar
İntihar

Məktəbli özünü ağacdan asıb

Qax rayonun Əmbərçay kənd sakini 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asaraq intihar edib.

İstiPress-in Şəki bürosunun məlumatına görə, hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində səkkizinci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.