Şuşada 5 erməni öldü

26 İyul, 2019 20:18 | Hadisə | Baxış sayı: 122
Avtomobil qəzası
Avtomobil qəzası

Tex kəndin sakinləri olub

Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress Ermənistan KİV-nə istinadən məlumatına görə, saat 16:30 radələrində Tex kəndindən Qarabağ istiqamətində hərəkət edən “QAZ-31105” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə biri sürücü, 4-ü sərnişin olmaqla 5 nəfər hadisə yerində ölüb. Hadisə yerinə polis və təcili yardım işçiləri gəlirlər.

Avtomobil 27 yaşlı Tex sakininin adına qeydiyyatda olub.