Bibisini öldürən gənc: "Elə bilirdim sevgilisi var"

26 İyul, 2019 14:47 | Hadisə | Baxış sayı: 123
Qanlı bıçaq
Qanlı bıçaq

"Dedi ki, özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən"

Şəmkirdə bibisini öldürməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb.

İstiPress-in məlumatına görə, şəhərin Səttarxan küçəsindəki yaşadığı evdə bibisi, 1980-ci il təvəllüdlü Aynurə Zamanovanı çox saylı bıçaq zərbələri ilə qətlə yetirən, 1999-cu il təvəllüdlü Ayxan Zamanov saxlanılıb.

A.Zamanov polisə könüllü təslim  olub və bibisini qısqanclıq zəminində öldürdüyünü deyib. 20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub: 

"Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O, da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".

Faktla bağlı Şəmkir rayon Prakurorluğunda araşdırma aparılır.