İntihara bənzər qəribə ölüm - qaz qoxusuna görə

26 İyun, 2018 16:14 | Hadisə | Baxış sayı: 213
Qaz partlayışından yanan avtomobil - ARXİV
Qaz partlayışından yanan avtomobil - ARXİV

Bu gün səhər saatlarında Xızıda bədbəxt hadisə baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Xızının Giləzi qəsəbəsində qeydə alınıb. Avtobusda qaz qoxusunun gəldiyini hiss edən 50 yaşlı Naibə Rzayeva içəridəki maye qaz balonunun partlayacağını düşünərək özünü hərəkətdə olan avtomobildən yerə atıb. Kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.