Bakıda saxta dolları manata dəyişmək istəyən şəxslər saxlanıldı

26 İyun, 2018 13:59 | Hadisə | Baxış sayı: 36
Dollar
Dollar

İyunun 25-də saat 21.40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.

Araşdırma aparılır.