Azərbaycanlı deputat qızı Türkiyədə saxlandı - VİDEO

26 May, 2020 17:56 | Hadisə | Baxış sayı: 217

Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir

Türkiyə polisi özünü keçmiş millət vəkilinin qızı kimi tanıdaraq dələduzluq edən Azərbaycan əsilli Xalidə M. adlı qadını saxlayıb.

İstiPress-in məlumatına görə, Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis şöbəsi daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb. 

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat çərçivəsində “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat vasitəsilə insanları aldadaraq onlardan təxminən 1 milyon lirə mənimsəyən Xalidə M. saxlanılıb. 

İstintaqla Azərbaycan əsilli qadının Türkiyəyə 8 il öncə turist olaraq gəldiyi və Azərbaycanda dələduzluq faktına görə axtarışa verildiyi müəyyənləşdirilib. Həmçinin məlum olub ki, o, Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir. Anası ötən illərdə Rusiyada millət vəkili kimi fəaliyyət göstərib. 

Bundan əlavə, Xalidə M.-nin bir çox insanı evlilik vədi ilə aldatdığı da bəlli olub.