Bakılı gənci rayonda cərəyan vurdu

26 May, 2019 10:16 | Hadisə | Baxış sayı: 623
dush
dush

Hamamda çimərkən yerindəcə keçinib

Qubada 25 yaşlı oğlanı tok vurub öldürüb. Hadisə  mayın 25-də gündüz saat 12.20 radələrində baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Bakı şəhərinin Nizami rayonunun NZS qəsəbəsi ərazisində yaşayan Ramiz Mahir oğlu Kərimli Quba şəhərinin Xəqani kücəsi - 43 ünvanındakı evin hamamında çimərkən onu elektrik vurub və yerindəcə keçinib.

Ailə üzvləri onu hamamdan ölü tapıblar. Dərhal hadisə yerinə Quba prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib. Ölümün səbəbinin tam ayırd edilməsi üçün məhkəmə - tibb ekspertizası təyin  edilib.

Mərhum Ramiz Kərimli Kürdəmir rayonunda doğulub və orada qeydiyyatda idi. Bir övladı olan mərhum Ramiz Kərimli ailə üzvlərilə Quba rayonuna istirahətə gəlibmiş və çimərkən qızdırıcının su ilə təması zamanı cərəyan vurmadan dünyasını dəyişib.

25 yaşlı ailəli gəncin cərəyan vurmadan ölməsi faktını Quba rayon prokurorluğu araşdırır.