Bakıda sürücü gənc qadını vurub hadisə yerindən qaçıb

26 May, 2019 09:48 | Hadisə | Baxış sayı: 47
Təcili yardım maşını
Təcili yardım maşını

Hadisə bu axşam olub

Bakının Nəsimi rayonunun 4-cü mikrorayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızı saat 21:00 radələrində yolu keçərkən minik avtomobili tərəfindən vurulub.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəstə kəllə-beyin silkələnməsi diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.