Gənc qadın özünü uçurumdan ataraq öldürdü

26 Aprel, 2019 16:47 | Hadisə | Baxış sayı: 120
Qaya üzərində qız
Qaya üzərində qız

Qadının iki övladı var

Göygöldə intihar hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, hadisə rayonun Gəncə qəsəbəsində baş verib. Rayonun Topalhəsənli kəndində qeydiyyatda olub bu qəsəbədə yaşayan 1988-ci il təvəllüdlü Yusibova Aygün Xalıq qızı özünü qəsəbə ərazisində olan uçurumdan ataraq intihar edib. 

Məlumata görə, qadının iki övladı var.