Bakıda polis məhkəmə zalında həbs edildi

26 Aprel, 2019 15:29 | Hadisə | Baxış sayı: 151
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Eyni gündə iki polis işçisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən keçmiş polislər - Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub.

İstiPress-in məlumatına görə,  prosesdə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sabunçu rayon polis idarəsinin əməkdaşı olmuş V.Əliyev məhkəmə zalında qandallanıb.

İttihama görə, Ə.Nəcəfov Nərimanov rayon polis idarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib. V.Əliyev isə öz qohumundan onu işə düzəltmək adı ilə 9 min manat pul alaraq Ə.Nəcəfova verib.

Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.