Azərbaycanda avtomobil suya düşdü - 2 nəfər boğuldu

26 Mart, 2018 12:50 | Hadisə | Baxış sayı: 101
"VAZ 2107" qəza (Arxiv)
"VAZ 2107" qəza (Arxiv)

Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

IstiPress-in məlumatına görə, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü - Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini - 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.