Azərbaycanda kişi arvadını, qaynını və qayınanasını güllələdi - 2 ölü

26 Fevral, 2020 16:54 | Hadisə | Baxış sayı: 182
Ov tüfəngi
Ov tüfəngi

Sonra əlindəki silahla özünə atəş açıb

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

İstiPress-in məlumatın görə, bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb. 

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb. 

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. 

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. 

Faktla bağlı prokurorluq araşdırma aparılır.