Bakıdan qalxan VİP təyyarə Moskvada qəzaya uğradı

26 Fevral, 2019 16:58 | Hadisə | Baxış sayı: 292

Göyərtəsində 3 VİP-sərnişin olub

Bakıdan havaya qalxan və Moskvaya reys yerinə yetirən təyyarə bu gün fevralın 26-da “Şeremetyevo” aeroportunda uçuş-enmə zolağından kənara çıxıb.

İstiPress-in məlumatına görə, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirib. Təyyarədə iki pilot və 3 sərnişin - Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar.

Hadisənin təfərrüatları araşdırılır. Zərərçəkənlər haqda məlumat daxil olmayıb.