Müəlliməni maşın vurdu - vəziyyəti ağırdır

25 Oktyabr, 2019 14:06 | Hadisə | Baxış sayı: 141
Təcili yardım maşını
Təcili yardım maşını

Yolu keçmək istəyirmiş

Gəncədə yolu keçmək istəyən müəlliməni maşın vurub.

IstiPress-in məlumatına  görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Eminova Arifə Aslan qızını avtomobil vurub. Qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, xəsarət alan piyada müəllimədir və o, məktəbdən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.