İki uşaq atası əlil intihar etdi

25 Oktyabr, 2019 17:21 | Hadisə | Baxış sayı: 194

Özünü körpüdən asdı

Bu gün günorta saatlarında Saatlı rayonunda intihar hadisəsi baş verib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, Araz çayının rayonun Novruzlu kəndindən keçən hissəsindəki körpünün yaxınlığında kənd sakini, 1985-ci ildə anadan olmuş 2-ci qrup əlil Vüsal Ədalət oğlu Həsənovun asılmış meyiti tapılıb.

V.Həsənov iki azyaşlı uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.