Ər arvadını döyüb xəstəxanalıq etdi

25 Oktyabr, 2019 19:17 | Hadisə | Baxış sayı: 99
Döyülən qadın
Döyülən qadın

Qadının 43 yaşı var

Samuxda döyülmə faktı qeydə alınıb.

İstiPress-in məlumatına görə, rayonun Qarayeri kənd sakini, 1976-cı il təvəllüdlü N.Ə-va müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.