İşə gedən qadını avtomobil vurub öldürdü

25 Sentyabr, 2020 10:58 | Hadisə | Baxış sayı: 162
Quba - Xaçmaz yolu
Quba - Xaçmaz yolu

Qubada piyada qadın "Hundai" markalı avtomobillə vurulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb. 

Amsar kənd sakini Əminə Xələfova aldığı xəsarətdən yerindəcə ölüb. Mərhum piyadanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gəldiyi bildirilur.

Quba polus şöbəsində ölüm faktına görə cinayət işi açılıb. Qəzaya sürücünün və ya piyadanın səbəb olduğu istintaqın gedişində məlum olacaq.