Toyda bıçaqlanan iki gənc xəstəxanaya çatdırıldı

25 Avqust, 2019 11:14 | Hadisə | Baxış sayı: 112
Qanlı bıçaq
Qanlı bıçaq

Polis hadisənin hansı şəraitdə və harada baş verməsini araşdırır

Gecə saatlarında Xaçmazın Xudat şəhərində iki gənc bıçaq yarası ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İstiPress-in şimal bürosunun məlumatına görə, 23 yaşlı İslam Eyyubov və 22 yaşlı Samir Aydəmirov xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunublar. Onların gecə saatlarında toyda dava zamanı mübahisə etdikləri, bu zaman xəsarət aldıqları deyilir.

Xaçmaz polis şöbəsi bıçaqlanan şəxslərin hansı şəraitdə xəsarət almasını və hadisənin harada baş verməsini araşdırır.