İçkili adam təcili yardım çatana kimi öldü

25 Avqust, 2019 12:07 | Hadisə | Baxış sayı: 189
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Rayonun polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb

Qusarın Yasab kəndində 50 yaşlı Rafil Zülfüqarovun qəflətən ürəyi tutduğundan dərhal təcili yadım çağrılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusardan kəndə gələn təcili yardım briqadası kəndə çatanda Rafil Zülfüqarovu evinin yaxınlığındakı yolda ölmüş halda görüblər.

Dərhal prokurorluq və polis əməkdaşları da hadisə yerinə gəlib. Qusar rayon mərkəzi xəstəxanasının təcili yardım briqadası və həkimi Bazay Zeynalov da prokurorluq əməkdaşları ilə birgə hadisə yerində olublar.

Məlum olub ki, mərhum Rafil Zülfüqarov mütəmadi spirtli içki içirmiş və o yenə içkili halda həmişə oturduğu yerdə keçinib.