Bakıda sərnişin avtobusu piyadaları vurdu - 1 ölü, 2 yaralı

25 Avqust, 2019 09:57 | Hadisə | Baxış sayı: 113

Yarlıların da birinin vəziyyətinin ağır olduğu deyilir

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

IstiPress APA-ya istinadən xəbər verir ki, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu üç piyadanı vurub. Nəticədə onlardan biri hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.