Sürətli yolda iki avtomobil toqquşub
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
İstiPress-in şimal bürosunun məlumatına görə, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən regional müalicə dioqnostika mərkəzinə yerləşdirilib. “VAZ 2107” markalı avtomobilin sürücüsü Məhəmməd Güləliyev və əmisi oğlu Seymur Güləliyev həlak olub. 4 nəfər isə “Daewoo” markalı avtomobildən ölüb.
Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Siyəzən rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.
Mühərrik hissəsində qısaqapanma olub
“1 manatlıq” taksiyə minibmiş
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
Avtobusdakı 4 nəfər də ağır xəsarətlər alıb
Polis əməliyyat keçirib