Azərbaycanda ağır yol qəzası - ölən və yaralılar var

25 Avqust, 2018 08:50 | Hadisə | Baxış sayı: 81
yol qəzası
yol qəzası

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.