Avtobus dənizə düşdü: ölənlərin sayı 16-ya çatıb (YENİLƏNİB)

25 Avqust, 2017 12:15 | Hadisə | Baxış sayı: 203
Təcili yardım
Təcili yardım

24 nəfər xilas edilib

Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobusun dənizə düşməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

24 nəfər xilas edilib, bir nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Xəsarət alanlardan 19 nəfər xəstəxanaya yerləşdirilib.

saat 11:15

Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobus dənizə düşüb.

İstiPress-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub.

20 nəfərin həyatını xilas etmək mümkün olub, lakin 5 nəfərin taleyi hələ naməlumdur.

Məlumata əsasən, avtobus dörd metr hündürlükdən suya düşüb.

Qəzaya əsas səbəb kimi yol hərəkəti qaydalarının pozulması göstərilir.