Üç avtomobil toqquşdu - ölü və yaralılar var

25 İyun, 2018 10:33 | Hadisə | Baxış sayı: 222
VAZ 2106 - ARXİV
VAZ 2106 - ARXİV

Axşam saatlarında Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində -Bakı prospektində 1 nəfərin ölümünə, bir nəfərin yaralanmasına səbəb olan ağır yol qəzası qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, 24 yaşlı Xaçmaz rayon sakini Kamran Mürsəlovun idarə etdiyi "Jiquli Vaz-2106" markalı avtomobil qəfildən idarəetməni itirib, yolda hərəkət edən"Toyota Prado" və Vaz-21099 markalı avtomobillərlə toqquşub. Nəticədə, sürücü Kamran Mürsəlov ağır xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, həmin avtomaşında olan sərnişin - 32 yaşlı Xaçmaz şəhər sakini Zaur Seyfəddinoviç Zeynalov hadisə yerindəcə ölüb.

"Toyota Prado"nun sürücüsü, Xaçmaz sakini Şahin İsrafil oğlu Hümmətov və Vaz-21099-un sürücüsü - Quba sakini Fariz Rüstəmov isə qəzadan canlarını salamat qurtara biliblər.

Hadisə  yerində işləyən Xaçmaz polis şöbəsinin müstəntiqi Elxan Allahverdiyev qəzanın Vaz-2106 markalı avtomobilin idarəetməni itirməsi səbəbindən baş verməsini təsdiqləyib. Fakta görə cinayət işi açılıb.