İki uşaq atası özünü güllələdi

25 İyun, 2018 13:49 | Hadisə | Baxış sayı: 152
Ov tüfəngi
Ov tüfəngi

Oğuzda iki uşaq atası odlu silahla özünü güllələyərək intihara cəhd edib.

İstiPress-in məlumatına görə, iyunun 24-ü axşam saat 17 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsində odlu silahla açılan atəş nəticəsində aldığı xəsarətlə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirlib ki, xəstəxananın cərrahiyə şöbəsində müalcəsi aparılan və iki uşaq atası olan Rəsul Almmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirlir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rəsul Alməmmədov yaşadığı ünvanda sərxoş vəziyyətdə hələ ki istintaqa tam məlum olmayan səbəbdən ov tüfəngi ilə intihar etmək məqsədi ilə özünü güllələyib.

Hadisədə işlədilmiş silah maddi sübut kimi hadisə yerindən götürülürək istintaqa təhvil verilib. Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.