Bakıda Hindistanlı biznesmenlərdən 220 min oğurlandı

25 May, 2019 12:50 | Hadisə | Baxış sayı: 75
Ofisdən oğurluq - ARXİV
Ofisdən oğurluq - ARXİV

“Marvel Group” və “Megamax” MMC-nin rəhbərləri polisə müraciət ediblər

Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub. İş adamları - “Marvel Group” MMC-nin rəhbəri Paul Boney və “Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur. /report/