Şri-Lankada yenə partlayış oldu

25 Aprel, 2019 10:48 | Hadisə | Baxış sayı: 42
Şri-Lanka
Şri-Lanka

Ölən və yaralananlar barədə məlumat yoxdur

İstirahət günü bir-birinin ardınca baş verən 8 partlayışdan sonra qana bulanan Şri-Lankada yenidən partlayış səsi eşidilib. Məlumata görə, hadisə paytaxtı Kolombo şəhərindən, təxminən, 40 km məsafədə yerləşən Puqoda bölgəsində qeydə alınıb. Hazırda dağıntılar, ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Xatırladaq ki, Şri-Lankada Pasxa həftəsinin bazar günündə katolik kilsələrində və hotellərdə silsilə partlayışlar baş verib, nəticədə 359 nəfər ölüb, 500-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.