İran maşını Azərbaycanda adam öldürdü

25 Aprel, 2018 18:27 | Hadisə | Baxış sayı: 224
İran TIR-ı - ARXİV
İran TIR-ı - ARXİV

İran vətəndaşı Qusarda qəza törətdi.

İstiPress-in şimal bürosunun məlumatına görə, Rusiyadan İrana yük aparan iranlı sürücü Qusarın Samur qəsəbəsində ölümə səbəb olan qəza törədib.

60 yaşlı İran vətəndaşı Qulamrza Fərəczadə idarə etdiyi TIR avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub. 51 yaşlı Gülarə Saruxanova hadisə yerindəcə keçinib.

Qusarın hüquq-mühafizə orqanları dərhal faktın araşdırılmasına başlayıb. Qusar polis şöbəsində fakta görə cinayət işi açılıb, istintaq gedir.