Qubada sərxoş kişi yıxılıb öldü

25 Fevral, 2020 09:34 | Hadisə | Baxış sayı: 107
Xəstəxana
Xəstəxana

40 yaşlı şəxsin başı betona çırpılıb

Qubada yıxılan sərxoş kişi öldü. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Çartəpə kəndində qeydə alınıb. Rayonun Çartəpə kənd sakini, 40 yaşlı İlham Tacəddin oğlu Orucov fevralın 25-də axşam saat 21 radələrində  yaşadığı evin həyətində müvazinətini itirib və başı beton döşəməyə dəyib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan İlham Orucova "qapalı kəllə beyin travması və komatoz vəziyyət" dioqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq gecə 03.30  radələrində Quba rayon mərkəzi xəstəxanasında ölüb.

Dərhal rayon polis və prokurorluq əməkdaşları məlumatlandırılıb.Quba rayon prokuroru Elman Süleymanov, müstəntiq Bəhruz Qədirli və polis əməkdaşları hadisə yerinə gəliblər. Müvafiq ekspertizalar təyin edilib və hadisə yerinin müayinəsi  aparılıb.

İlkin araşdırma zamanı 40 yaşlı İlham Orucovun sərxoş olduğundan yıxılması, başının betona dəyməsi nəticəsində aldığı xəsarətdən öldüyü məlum olub.

Quba rayon prokurorluğunda araşdırma başlanılıb. Mərhum subay olub.