Bakıda polis öldürüldü - qardaşı tərəfindən

25 Fevral, 2020 10:06 | Hadisə | Baxış sayı: 141
Polis
Polis

Ölən gənc Nəsimi Rayon Polis İdarəsinin işçisi olub

Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib. Hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib. Öldürülən şəxs Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.